VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SƏNAN ZAMANOV

Стандартный

Sənan Qahir oğlu Zamanov (17 avqust 1987Qusar rayonuAzərbaycan SSR — 1 oktyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru.

Sənan Zamanov 1987-ci il avqustun 17-də Qusar rayonunun Çiləgir kəndində anadan olub.  Milliyyətcə ləzgi idi.

Azərbaycan Ordusunun mayoru olan Sənan Zamanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sənan Zamanov oktyabrın 1-də Suqovuşan döyüşləri həlak olub. Qusar rayonunun Çiləgir kəndində dəfn edilib.

Реклама

Обсуждение закрыто.