Rüstəmov Aydın Elxan oğlu (17 avqust 1997, Gəncə – 7 oktyabr 2020, Xocavənd rayonu) — Vətən Müharibəsi şəhidi.
Rüstəmov Aydın Elxan oğlu 17 avqust 1997-ci ildə Gəncə şəhərində anadan olub.Gəncə şəhərində yerləşən 32 saylı orta məktəbi bitirib.
Aydın, 2015-ci ildə Universitetə qəbul olub. 2019-cu ildə, 4 kursda oxuyurkən təhsili dondurub və əsgərliyə getmək qərarına gəlib.
Aydın 1 il 4 ay əsgərliyini çəkərkən 27 sentyabr 2020 ildə Beylaqana ezam olunub. Rabitəçi olarkən, Füzuli rayonu uğrunda gedən döyüşlərdə travma alıb. Birinci tibbi yardım alıb və sonra yenidən döyüşlərə qatılıb. Xocavənd uğrunda gedən döyüşlərdə həlak olub. 7 noyabr tarixində Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.
vikipediya
Для отправки комментария необходимо войти на сайт.