VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BAŞ LEYTENANT CEYHUN ƏYYUBOV

Стандартный

Ceyhun Savalan oğlu Əyyubov (16 avqust 1992Yevlax rayonuAzərbaycan — 27 sentyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Ceyhun Əyyubov 1992-ci il avqustun 16-da Yevlax şəhərində anadan olub.[1] Yevlax şəhərində Q. Məmmədov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2010-2014-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) motoatıcı ixtisası üzrə ali hərbi təhsil alıb. Subay idi.

Ceyhun Əyyubov 2015-2018-ci illərdə Daşkəsən rayonunda yerləşən  hərbi hissədə xidmət edib. 2018-2020-ci illərdə Tovuz rayonunda yerləşən «N» saylı hərbi hissədə,  2020-ci ildə isə yenidən Daşkəsən rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmətinə davam edib. Həmlə bölüyünün Komandiri idi.

Baş leytenant Ceyhun Əyyubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Ceyhun Əyyubov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub, nəşi isə neytral ərazidə qalıb. Oktyabrın 11-də nəşi qarşı tərəfdən götürüldü və ailəsinə təhvil verildi. Bir gün sonra isə Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Обсуждение закрыто.