Daily Archives: 16.08.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BƏXTİYAR MƏMMƏDOV

Стандартный

Bəxtiyar Bayramşah oğlu Məmmədov (16 avqust 1996Qobustan rayonuAzərbaycan — 27 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Bəxtiyar Məmmədov 1996-cı il avqustun 16-da Qobustan rayonunun Nabur kəndində anadan olub.

Azərbaycan Ordusunun çavuşu olan Bəxtiyar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Bəxtiyar Məmmədov sentyabrın 27-də Füzuli döyüşləri zamanı həlak olub.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI AMİN NOVRUZOV

Стандартный

Amin Taciddin oğlu Novruzov (16 avqust 1996QullarBalakən rayonu – 2 noyabr 2020Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri,  Vətən Müharibəsi Qəhrəmanı.

Amin Novruzov 1996-cı il avqustun 16-da Balakən rayonunun Qullar kəndində anadan olub.[1] 2002-2013-cü illərdə Qullar kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Amin Novruzov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Amin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Amin Novruzov noyabrın 2-də Zəngilan döyüşləri zamanı həlak olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BAŞ LEYTENANT CEYHUN ƏYYUBOV

Стандартный

Ceyhun Savalan oğlu Əyyubov (16 avqust 1992Yevlax rayonuAzərbaycan — 27 sentyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Ceyhun Əyyubov 1992-ci il avqustun 16-da Yevlax şəhərində anadan olub.[1] Yevlax şəhərində Q. Məmmədov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2010-2014-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) motoatıcı ixtisası üzrə ali hərbi təhsil alıb. Subay idi.

Ceyhun Əyyubov 2015-2018-ci illərdə Daşkəsən rayonunda yerləşən  hərbi hissədə xidmət edib. 2018-2020-ci illərdə Tovuz rayonunda yerləşən «N» saylı hərbi hissədə,  2020-ci ildə isə yenidən Daşkəsən rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmətinə davam edib. Həmlə bölüyünün Komandiri idi.

Baş leytenant Ceyhun Əyyubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Ceyhun Əyyubov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub, nəşi isə neytral ərazidə qalıb. Oktyabrın 11-də nəşi qarşı tərəfdən götürüldü və ailəsinə təhvil verildi. Bir gün sonra isə Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.