VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAMRAN HÜSEYNOV

Стандартный

Kamran Bəhman oğlu Hüseynov (14 avqust 1996Bakı şəhəriAzərbaycan — 1 oktyabr 2020Füzuli rayonuAzərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Kamran Hüseynov 1996-cı il avqustun 14-də Bakı şəhərində anadan olub.

2002-2013-cü illərdə Bakı şəhərində 287 saylı Zəkalar liseyində, 2013-2017-ci illərdə isə Naxçıvan Müəllimlər İnstitutunda təhsil alıb.

Ailəli idi. Bir oğlu yadigar qaldı.

Kamran Hüseynov 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Culfa rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamran Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib.

Kamran Hüseynov oktyabrın 1-də Füzuli döyüşləri zamanı həlak olub. İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Обсуждение закрыто.