Daily Archives: 14.08.2021

KƏLBƏCƏR RAYONUNDA İKİ HƏRBİ QULLUQÇU HƏLAK OLUB

Стандартный

Avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində hərbi qulluqçular — leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub.

şəkildə: leytenant Eldar Həsənli

Çavuş Cəfərov Anar Müstəqim oğlu

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAMRAN HÜSEYNOV

Стандартный

Kamran Bəhman oğlu Hüseynov (14 avqust 1996Bakı şəhəriAzərbaycan — 1 oktyabr 2020Füzuli rayonuAzərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Kamran Hüseynov 1996-cı il avqustun 14-də Bakı şəhərində anadan olub.

2002-2013-cü illərdə Bakı şəhərində 287 saylı Zəkalar liseyində, 2013-2017-ci illərdə isə Naxçıvan Müəllimlər İnstitutunda təhsil alıb.

Ailəli idi. Bir oğlu yadigar qaldı.

Kamran Hüseynov 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Culfa rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamran Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib.

Kamran Hüseynov oktyabrın 1-də Füzuli döyüşləri zamanı həlak olub. İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

VƏTƏN MÜHARBƏSİNDƏ HƏLAK OLANLAR: ELVİN İSGƏNDƏROV

Стандартный

Elvin Akif oğlu İsgəndərov (14 avqust 1988Şabran rayonuAzərbaycan — 5 oktyabr 2020Cəbrayıl rayonuAzərbaycan — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Elvin İsgəndərov 1998-ci il avqustun 14-də Şabran rayonunda anadan olub.

Ailəli idi. 3 övladı yadigar qaldı.

Elvin İsgəndərov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Elvin İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı MurovdağınFüzulinin və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elvin İsgəndərov oktyabr 5-də Cəbrayıl döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AĞACAVAD MÜTƏLLİMZADƏ

Стандартный

Ağacavad Ələsgər oğlu Mütəllimzadə (14 avqust 1997; Maştağa, Sabunçu rayonu, Azərbaycan — 22 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Ağacavad Mütəllimzadə 1997-ci il avqustun 14-də Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Ağacavad Mütəllimzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ağacavad Mütəllimzadə oktyabrın 22-də Xocavənd döyüşləri zamanı həlak olub. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn edilib.