VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ANAR HÜSEYNLİ

Стандартный

Anar Saday oğlu Hüseynli (13 avqust 1994; TəzəkəndŞəmkir rayonu — 8 noyabr 2020; Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Anar Hüseynli 1994-cü il avqustun 13-də Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub.  2000–2011-ci illərdə S. Vurğun adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Anar Hüseynli 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Anar Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzuliQubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Anar Hüseynli noyabrın 8-də Şuşa döyüşləri zamanı həlakolub. Şəmkir rayonunun Təzəkənd kəndində dəfn edilib.

Реклама

Обсуждение закрыто.