Azər Elyas oğlu Şəmilov (13 avqust 1971, Qapanlı, Mirbəşir rayonu – 14 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı və hərbi tibb qulluqçusu.
Azər Şəmilov 1971-ci il avqustun 13-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. 1978-1986-cı illərdə Soyulan kənd tam orta məktəbində, 1986-1988-ci illərdə isə Kimya-Biologiya Təmayüllü Liseydə təhsil alıb. 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.
1988-1990-cı illərdə Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsində savaşıb.
Azərbaycan Ordusunun tibb xidməti leytenantı olan Azər Şəmilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb.
Azər Şəmilov oktyabrın 14-də Talış döyüşləri zamanı həlak olub. Bərdə rayonunun Kələntərli kəndində dəfn edilib.
Для отправки комментария необходимо войти на сайт.