Daily Archives: 12.08.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CEYHUN MİRZƏYEV

Стандартный

Ceyhun Zirəddin oğlu Mirzəyev (12 avqust 1996ƏyyubluTovuz rayonuAzərbaycan — 9 noyabr 2020Laçın rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Ceyhun Mirzəyev 1996-cı il avqustun 12-də Tovuz rayonunun Əyyublu kəndində anadan olub.[1] 2002–2013-cü illərdə adına E. Bayramov adına Əyyublu kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Ceyhun Mirzəyev 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Ceyhun Mirzəyev 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ceyhun Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı ZəngilanQubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə könüllü iştirak edib. Ceyhun Mirzəyev noyabrın 9-da Laçın rayonu istiqamətində gedən döyüşlər zamanı həlak olub. Tovuz rayonunun Əyyublu kəndində dəfn edilib.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: LEYTENANT İNTİQAM ABDULLAYEV

Стандартный

İntiqam Allahverdi oğlu Abdullayev (12 avqust 1998; DüylünOrdubad rayonuAzərbaycan; 2 oktyabr 2020; MurovdağKəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

İntiqam Abdullayev 12 avqust 1998-ci ildə Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Düylün kəndində anadan olmuşdur.

Orta təhsilini şəhid Surxay Rzayev adına Düylün kənd məktəbində almışdır. 2013-cü ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdu..Bununla da hərbi fəaliyyəti başlamışdı.O,  2016-cı ildə liseyi idman (voleybol) üzrə fərqlənmə dərəcəsi ilə bitirmiş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuş, 2020-ci ildə məktəbi «Motoatıcı» ixtisası üzrə bitirmişdir.

Ali Hərbi Məktəbi bitirdikdən sonra leytenant hərbi rütbəsi alan İntiqam Abdullayev dəfələrlə uğurlu əməliyyatlarda iştirak etmişdi. Qazax rayonunda yerləşən «N» saylı hərbi hissədə taqım komandiri vəzifəsinə təyin edilmişdi.

 İntiqam Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Murovdağ döyüşlərində iştirak etmişdir. 2 oktyabr 2020-ci il Murovdağ uğrundə gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. İntiqam Abdullayevin cənazəsi uzun müddət düşmən tərəfdə qalır və uzun müddət itkin düşmüş sayılır.

İntiqam Abdullayev Ordubad rayonunun Düylün kəndində dəfn olunub.