VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAYOR ELŞƏN ORUCOV

Стандартный

Elşən Yavər oğlu Orucov (11 avqust 1985AyrıncNaxçıvan MSSR – 22 oktyabr 2020Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru.

Elşən Orucov 1985-ci il avqustun 11-də Ayrınc kəndində anadan olub. 1991-2001-ci illərdə Ayrınc kənd orta məktəbində təhsil alıb.

2001-2004-cü illərdə Naxçıvan MR Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib. 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, 2008-2009-cu illərdə Hərbi Akademiya təlim tədris mərkəzini bitirib. Təyinatla Gəncə şəhər N saylı hərbi hissəyə göndərilmiş bir il xidmət etdikdən sonra Ağdam rayonunun N saylı hərbi hissəsinə göndərilmişdi. Daha sonra bir müddət Naftalanda xidmət etdikdən sonra yenidən Ağdamda xidmətə başlamışdır. 2016-cı ildən başlayaraq Füzuli şəhərinin Horadiz qəsəbəsində xidmət etmişdir. 2016-cı ildə baş vermiş Aprel döyüşlərində iştirak edib.

2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsində Füzuli-Cəbrayıl-Zəngilan-Qubadlı istiqamətindəki döyüşlərdə öz əsgərləri ilə böyük qəhrəmanlıq göstərərək düşmənin xeyli canlı qüvvəsini məhv edib. Oktyabrın 22-də Qubadlının Muradbəyli kəndinin azad olunmasında xüsusi rəşadət göstərib, öz əsgərləri ilə birlikdə erməni ordusunun xeyli canlı qüvvəsini məhv edib. Bu döyüşdə Muradbəyli kəndi düşməndən azad olunsa da, mayor Elşən Orucov və 22 əsgəri qəhrəmancasına həlak olublar.

Обсуждение закрыто.