Daily Archives: 10.08.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAPİTAN VÜQAR NƏCƏFOV

Стандартный

Vüqar Aydın oğlu Nəcəfov (10 avqust 1988Ordubad rayonuAzərbaycan — 2 oktyabr 2020Cəbrayıl rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.

Vüqar Nəcəfov 1988-ci il avqustun 10-da Ordubad rayonunun Dırnıs kəndində anadan olub. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.

Vüqar Nəcəfov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində, həmçinin Cəbrayıl rayonunun Lələtəpə istiqamətində gedən döyüşlərdə düşmənə qarşı igidliklə mübarizə aparıb.

Azərbaycan Ordusunun kapitanı Vüqar Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanişğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vüqar Nəcəfov oktyabrın 2-də Cəbrayıl döyüşləri zamanı Nüzgar istiqamətində həlak olub. II Fəxri Xiyabanda dəfn edilib..

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İQBAL ASTANLI

Стандартный

İqbal İlqar oğlu Astanlı (10 avqust 1997Biləsuvar rayonuAzərbaycan — 29 sentyabr 2020Talış kəndi TərtərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu.

İqbal Astanlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş,  Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüş əməliyyatıları zamanı qəhrəmancasına həlak olmuşdur.  İqbal Astanlı 29 sentyabr 2020-ci il tarixdə dəfn olunmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SEYMUR ABBASOV

Стандартный

Seymur Abasov (10 avqust 1999BuravarCəlilabad rayonu – 29 oktyabr 2020Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Seymur Abasov 1999-cu il avqustun 10-da Cəlilabad rayonunun Buravar kəndində anadan olub.  Subay idi.

Seymur Abasov 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Seymur Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Seymur Abasov oktyabrın 29-da Qubadlı döyüşləri zamanı həlak olub.