Elcan Məmmədov 1989-cu il avqustun 9-da Tərtər şəhərində Zöhrab və Sahilə Məmmədovların ailəsində anadan olub. 1996-2007-ci illərdə Sabunçu rayonunda N. Rzayev adına 169 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2010-cu illərdə isə Azərbaycan Texniki Universitetində «Maşınqayırma» üzrə ali təhsil alıb. Gülnarə Məmmədova ilə evli idi. Ayan adında bir qızı və Ramal adında bir oğlu yadigar qaldı.
Elcan Məmmədov 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra o, 2018-ci ildə Silahlı Qüvvələrin TTM-də üçaylıq təlimlərdə oldu və «leytenant» hərbi rütbəsi aldı. 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən «N» saylı hərbi hissəsində, 2020-ci ildən isə Goranboy rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmət edirdi.
Elcan Məmmədov 2020-ci ilin 12-15 iyulunda Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində baş verən Tovuz döyüşlərində iştirak edib.
Elcan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elcan Məmmədov sentyabrın 27-də Talış döyüşləri zamanı həlak olub. Ramana qəsəbəsində dəfn edilib.
Для отправки комментария необходимо войти на сайт.