VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NAİQ ƏLƏKBƏROV

Стандартный

Naiq Faiq oğlu Ələkbərov (8 avqust 1994BağırlıŞamaxı — 9 oktyabr 2020CəbrayılAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Naiq Ələkbərov 1994-cü il avqustun 8-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olub. 2000-2011-ci illərdə F.Şıxəliyev adına Bağırlı kənd tam orta məktəbində, 2012-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində “feldşer” ixtisası üzrə təhsil alıb. Ailəli idi. İki qızı, bir oğlu yadigar qaldı.

Naiq Ələkbərov 2014-2015-ci illərdə “gizir” hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində feldşer kimi xidmət edib.

2015-ci ildən etibarən kurslardan keçərək Xüsusi Təyinatlı Qüvvələrin cərgələrinə qoşulub.

2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlər zamanı Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə kəşfiyyatçı kimi iştirak edib.

Azərbaycan Ordusunun giziri olan Naiq Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzuliXocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Naiq Ələkbərov oktyabrın 9-da Cəbrayıl döyüşləri zamanı həlak olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn edilib.

Реклама

About Xeyrulla Xəyal

Xeyrulla Xəyal (Süleymanov Xeyrulla Cahangir oğlu) 18 noyabr 1953-cü ildə Azərbaycanda, Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. 1972-ci ildə Əlibayramlı pedaqoji məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Universitetini, 1984-cü ildə M. Qorki adına Ədəbiyyat institututunun aspiranturasını bitirmişdir. 1985-ci ildən Samarada yaşayır.

Обсуждение закрыто.