VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELKİYAR MƏMMƏDOV

Стандартный

Elkiyar Məmmədov (Elkiyar Abdulla oğlu Məmmədov; 7 avqust1992ƏrçivanAstara rayonu – 1 noyabr2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elkiyar Məmmədov 1992-ci ildə 7 avqust Astara rayonunun Ərçivan qəsəbəsində anadan olmuşdur.  1998-ci ildə həmin qəsəbədə 4 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2009-cu ildə məktəbi bitirmişdir․ Ailəli idi․ 2 qızı və 1 oğlu yadigar qaldı․

Elkiyar Məmmədov 2010-cu ildə Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət etmiş və 2012-ci ildə hərbi xidmətini başa vurmuşdur․ 2013-cu ildən Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissədə MAXE rütbəsində sürücü kimi xidmətə başlamışdır․ 2015-ci ildə Füzuliyə ezam olunmuşdur və 5 il idi ki, Füzulidə yerləşən “N” saylı hərbi hissədə qüsursuz xidmət edirdi․

Azərbaycan Ordusunun əsgəri olan Elkiyar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Elkiyar Məmmədov oktyabrın 30-da Xocavənd döyüşləri zamanı həlak olmuşdur.

Обсуждение закрыто.