Daily Archives: 05.08.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ALTAY MÖVLANOV

Стандартный

Altay Tahir oğlu Mövlanov (5 avqust 2000LerikAzərbaycan — 30 oktyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu).

Altay Mövlanov 2000-ci il avqustun 5-də Lerik şəhərində doğulub.  Qardaşı Elgün Mövlanov da Vətən müharibəsində həlak olub.

Azərbaycan Ordusunun əsgəri olan Altay Mövlanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Altay Mövlanov oktyabrın 30-da həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MƏHƏBBƏT PAŞAYEV

Стандартный

Məhəbbət Vaqif oğlu Paşayev (d. 5 avqust 1999BolludərəŞəkiAzərbaycan — ö. 30 sentyabr 2020SuqovuşanAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Məhəbbət Paşayev 12 5 avqust 1999-cu ildə Şəki rayon Bolludərə kəndində anadan olub. 2005-ci ildə Bolludərə kəndində birinci sinfə getmişdir. 2006-cı ildə ailəsi Oğuz şəhərinə köçmüş və Məhəbbət Paşayev təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirmişdir. 2016-cı ildə məktəb-liseyi bitirmişdir.

Məhəbbət Paşayev 26 aprel 2018-cı ildə Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini GoranAğcakəndBallıqaya bölgəsində yerinə yetirmişdir. 1 oktyabr 2019-cu ildə xidmətini uğurla başa vurmuşdur. Ordu sıralarından qayıtdıqdan sonra müxtəlif işlərdə işləmişdir. 2020-ci ilin avqustundan müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmətə başlamışdır.

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olan Məhəbbət Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərində iştirak etmiş və  qəhrəmancasına həlak olmuşdur. Məhəbbət Paşayev sentyabr ayının 30-da Oğuz Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RƏMAL GÜLÜŞOV

Стандартный

Rəmal Şahin oğlu Gülüşov (5 avqust 1995QaracallıUcar rayonuAzərbaycan — 15 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Rəmal Gülüşov 5 avqust 1995-ci ildə Ucar rayonunun Qaracallı kəndində anadan olmuşdur.[1] Ucar rayon Qaracallı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır.

Azərbaycan Ordusunun əsgəri olan Rəmal Gülüşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Suqovuşanın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rəmal Gülüşov 15 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.