Daily Archives: 04.08.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NİCAT XƏLİLOV

Стандартный

Nicat İlqar oğlu Xələfov (4 avqust 2001; SiyəzənAzərbaycan — 8 noyabr 2020; Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Nicat Xələfov 2001-ci il avqustun 4-də Siyəzən şəhərində anadan olub. Subay idi.

Nicat Xələfov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Nicat Xələfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nicat Xələfov noyabrın 8-də Şuşa döyüşləri zamanı həlak olub. Siyəzən şəhərində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İMAMƏDDİN ABDULLAZADƏ

Стандартный

İmaməddin Əsgər oğlu Abdullazadə (4 avqust 1996Beyləqan rayonuAzərbaycan — 5 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

İmaməddin Abdullazadə 1996-cı il avqustun 4-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan İmaməddin Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı FüzulininQubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İmaməddin Abdullazadə noyabrın 5-də Şuşa döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İLKİN KAZIMOV

Стандартный

İlkin Xanməmməd oğlu Kazımov (4 avqust 1995ArtupaAstara rayonuAzərbaycan — 27 sentyabr 2020SuqovuşanTərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

İlkin Kazımov 4 avqust 1995-ci ildə Astara rayonunun Artupa kəndində dünyaya göz açmışdır.

Azərbaycan Ordusunun giziri olan İlkin Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 27 sentyabr 2020-ci ildə Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.