
Bir il bundan əvvəl samaralı sahibkar, Şəmkir əsilli həmyerlimiz Baynur İsayev vaxtsız vəvat edib…
Sərxan Osman oğlu Mirzəmmədov (3 avqust 1998; Xaçmaz rayonu, Azərbaycan — 9 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.
Sərxan Mirzəmmədov 1998-ci il avqustun 3-də Xaçmaz rayonunun Mirzəməmmədqışlaq kəndində anadan olub. Subay idi.
Zaman Habil oğlu Məmmədov (3 avqust 1995, Şahtaxtı, Naxçıvan Muxtar Respublikası – 30 oktyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.
Zaman Məmmədov 1995-ci il avqustun 3-də Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. 2002-2013-cü illərdə Şahtaxtı kənd tam orta məktəbində təhsil alıb.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Zaman Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Zaman Məmmədov oktyabrın 30-da Xocavənd döyüşləri zamanı həlak olub. Kəngərli rayonunun Şahtaxtı kəndində dəfn edilib.
Elcan Qoşqar oğlu Bayramov (3 avqust 2001; Göygöl rayonu, Azərbaycan — 28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Elcan Bayramov 3 avqust 2001-ci ildə Göygöl rayonunda anadan olmuşdur.
Для отправки комментария необходимо войти на сайт.