Daily Archives: 02.08.2021
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ORXAN ABDIYEV
Orxan Habil oğlu Abdıyev (2 avqust 1995; Ağstafa rayonu, Azərbaycan — 25 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Orxan Abdıyev 1995-ci il avqustun 2-də Ağstafa rayonunun Pirili kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Orxan Abdıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Orxan Abdıyev oktyabrın 25-də Qubadlı döyüşləri zamanı həlak olub. Ağstafa rayonunda dəfn edilib.
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAHMUD ƏHMƏDOV
Mahmud Fərman oğlu Əhmədov (2 avqust 1989; Ağstafa rayonu, Azərbaycan — 3 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Mahmud Əhmədov 1989-cu il avqustun 2-də Ağstafa rayonunda anadan olub. 1995–2001-ci illərdə Ağstafa rayon A. Abdullayev adına 2 nömrəli tam orta məktəbdə, 2001–2006-cı illərdə isə Ağstafa rayon Texniki-humanitar Təmayüllü Liseyində təhsil alıb. Ailəli idi. İki qızı yadigar qaldı.
Mahmud Əhmədov 2007-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2007–2009-cu illərdə Silahlı Qüvvələrin Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2009-cu ildə MAHHXHQ hazırlıq kursunu bitirərək Ağstafa rayonunda yerləşən “N” saylı hərbi hissənində xidmətə başlayıb.
2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən Aprel döyüşlərində iştirak edib.
Azərbaycan Ordusunun əsgəri olan Mahmud Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qoşulub. Müharibənin ilk günü Tərtər istiqamətində gedən döyüşlərdə tankı düşmən tərəfindən vurulub və yaralanıb. Oktyabrın 18-dək Bərdə rayon xəstəxanasında müalicə alıb. Müalicəsini yarımçıq qoyaraq yenidən döyüşlərə qatılıb. Noyabrın 3-də Laçın rayonu istiqamətində gedən şiddətli döyüşlərdə Mahmud Əhmədovun idarə etdiyi tank düşmən tərəfindən vurulub və o həlak olub. Ağstafa Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Для отправки комментария необходимо войти на сайт.