VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MİÇMAN RUSLAN RƏCƏBOV

Стандартный

Ruslan Rəcəb oğlu Rəcəbov (1 avqust 1984SumqayıtAzərbaycan SSR — 31 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçmanı.

Ruslan Rəcəbov 1984-cü il avqustun 1-də Sumqayıt şəhərində anadan olub.

Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Ruslan Rəcəbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulininQubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ruslan Rəcəbov oktyabrın 31-də Xocavənd döyüşləri zamanı həlak olub. II Şəhidlər Xiyabanında dəfn edilib.

Обсуждение закрыто.