Amin Mayis oğlu Gülməmmədov (31 iyul 1995, Saltaq (Culfa) – 4 noyabr 2020, Xocavənd ) – Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.
Baş leytenant Amin Gülməmmədov Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Lisey bitirdikdən sonra Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Amin Gülməmmədov nümunəvi xidməti ilə seçilib. Bununla o, Qarabağ döyüşlərində də fərqlənib. Füzulidən Daşaltıya doğru gedən döyüşlərdə xüsusi rəşadət göstərmişdir. Füzulinin, Hadrutun, Cəbrayılın, Xocavəndin işğaldan azad olunması uğrunda rəşadətlə vuruşub qəhrəmancasına həlak olmuşdur. Amin Gülməmmədov 28.12.2020-ci il tarixdə Culfa rayon Saltaq kənd qəbirstanlığında dəfn edilmişdir.
Для отправки комментария необходимо войти на сайт.