VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏVDİL QULİYEV

Стандартный

Əvdil Quliyev (31 iyul 1972TəzəkəndBeyləqanAzərbaycan — 6 noyabr 2020ŞuşakəndXocalıAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Quliyev Əvdil Qardaşxan oğlu 31 iyul 1972-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. 1980-ci ildə Təzəkənd orta məktəbinin birinci sinifinə gedib. Məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub burada institutun hərbi kafedrasını bitirərək leytenant rütbəsi alıb. 1996-cı ildə həqiqi hərbi xidmətə çağırılan Ə.Quliyev Tovuzda yerləşən «N» saylı hərbi hissədə motoatıcı tağım komandiri kimi xidmətə başlayıb. 2000-ci ildə baş leytenant rütbəsi ilə xidmətini başa vurub. 2018-ci ildən etibarən Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində «Gənclərin çağırışaqədərki hazırlığı» fənninin tədrisi ilə məşğul olub.

2020-ci ilin iyul ayında Tovuz hadisələrindən sonra orduya yazılmaq üçün könüllü müraciət edib. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başladıqdan sonra oktyabrın 1-də SHXÇDX-nın Beyləqan rayon şöbəsi tərəfindən xidmətə çağırılıb. Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. 6 noyabr 2020-ci ildə Şuşakənd istiqamətində gedən döyüşlərdə şəhid olan zabit yoldaşına kömək etmək istəyərkən düşmən tərəfindən açılan snayper atəşi ilə həlak olub.

Реклама

About Xeyrulla Xəyal

Xeyrulla Xəyal (Süleymanov Xeyrulla Cahangir oğlu) 18 noyabr 1953-cü ildə Azərbaycanda, Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. 1972-ci ildə Əlibayramlı pedaqoji məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Universitetini, 1984-cü ildə M. Qorki adına Ədəbiyyat institututunun aspiranturasını bitirmişdir. 1985-ci ildən Samarada yaşayır.

Обсуждение закрыто.