Daily Archives: 31.07.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏVDİL QULİYEV

Стандартный

Əvdil Quliyev (31 iyul 1972TəzəkəndBeyləqanAzərbaycan — 6 noyabr 2020ŞuşakəndXocalıAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Quliyev Əvdil Qardaşxan oğlu 31 iyul 1972-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. 1980-ci ildə Təzəkənd orta məktəbinin birinci sinifinə gedib. Məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub burada institutun hərbi kafedrasını bitirərək leytenant rütbəsi alıb. 1996-cı ildə həqiqi hərbi xidmətə çağırılan Ə.Quliyev Tovuzda yerləşən «N» saylı hərbi hissədə motoatıcı tağım komandiri kimi xidmətə başlayıb. 2000-ci ildə baş leytenant rütbəsi ilə xidmətini başa vurub. 2018-ci ildən etibarən Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində «Gənclərin çağırışaqədərki hazırlığı» fənninin tədrisi ilə məşğul olub.

2020-ci ilin iyul ayında Tovuz hadisələrindən sonra orduya yazılmaq üçün könüllü müraciət edib. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başladıqdan sonra oktyabrın 1-də SHXÇDX-nın Beyləqan rayon şöbəsi tərəfindən xidmətə çağırılıb. Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. 6 noyabr 2020-ci ildə Şuşakənd istiqamətində gedən döyüşlərdə şəhid olan zabit yoldaşına kömək etmək istəyərkən düşmən tərəfindən açılan snayper atəşi ilə həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AMİN GÜLMƏMMƏDOV

Стандартный

Amin Mayis oğlu Gülməmmədov (31 iyul 1995Saltaq (Culfa) – 4 noyabr 2020Xocavənd ) – Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Baş leytenant Amin Gülməmmədov Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Lisey bitirdikdən sonra Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.  Amin Gülməmmədov nümunəvi xidməti ilə seçilib. Bununla o,  Qarabağ döyüşlərində də fərqlənib. Füzulidən Daşaltıya doğru gedən döyüşlərdə xüsusi rəşadət göstərmişdir. FüzulininHadrutunCəbrayılınXocavəndin işğaldan azad olunması uğrunda rəşadətlə vuruşub qəhrəmancasına həlak olmuşdur. Amin Gülməmmədov 28.12.2020-ci il tarixdə Culfa rayon Saltaq kənd qəbirstanlığında dəfn edilmişdir.

2017-cü ildə  hərbi hissədə leytenant kimi xidmətini davam etdirmişdir. 2020-ci ildə baş leytenant rütbəsini almışdır.  Amin Gülməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.