VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAMAL MƏMMƏDOV

Стандартный

Kamal Şamil oğlu Məmmədov (30 iyul 1998QullarBalakən rayonu — 16 oktyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Kamal Məmmədov 1998-ci il iyulun 30-da Balakən rayonunun Qullar kəndində anadan olub.

2004-2015-cı illərdə S.Vurğun adına Qullar kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma və robototexnika” fakültəsində təhsil alıb. Subay idi.

Kamal Məmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2019-2020-ci illərdə Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Kamal Məmmədov oktyabrın 16-da Talış kəndi istiqamətində gedən döyüşlər zamanı həlak olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Реклама

Обсуждение закрыто.