Şahin Şamxal oğlu Fətaliyev (30 iyul 1999; Bolsulu, Beyləqan rayonu, Azərbaycan — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Şahin Fətaliyev 30 iyul 1999-cu ildə Beyləqan rayonunun Bolsulu qəsəbəsində anadan olmuşdur. Ailəli idi, 2020-ci il təvəllüdlü Zəhra adlı qızı var.
Orta təhsilini aldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanan Fətaliyev hərbi xidmət müddəti bitdikdən sonra 2-ci Ordu Korpusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Şahin Fətaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində olaraq iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Şahin Fətaliyev 30 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Для отправки комментария необходимо войти на сайт.