Daily Archives: 27.07.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MEHDİ FƏRZULLAZADƏ

Стандартный

Mehdi Zaman oğlu Fərzulla-zadə (27 iyul 1995Azərbaycan — 7 noyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Mehdi Fərzulla-zadə 27 iyul 1995-ci ildə anadan olmuşdur. 2002-2012-ci illərdə Bakı şəhər 208 saylı tam orta məktəbdə orta təhsil almışdır. Hərbi xidmət qulluqçusu olduqdan sonra avtoservis sahəsində çalışmışdır.

Mehdi Fərzulla-zadə 20132015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin sentyabr ayında könüllü olaraq yenidən hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Mehdi Fərzulla-zadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mehdi Fərzulla-zadə 7 noyabr 2020-ci ildə Xocavənd rayonunda yerləşən 612-ci yüksəklik istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NURAN MİRZƏYEV

Стандартный

Mirzəyev Nuran Akif oğlu 27 iyul 1999-cu ildə Quba rayonunun Dağlı kəndində ləzgi ailəsində anadan olub. 20052014-cü illərdə Qımıl kənd ümumi orta məktəbində təhsil alıb. Təhsilini davam etdirərək 2014-cü ildə Quba Peşə Liseyinə daxil olub. 2017-ci ildə Quba Peşə Liseyini bitirərək Rabitə, elektrik mantyoru, sürücü ixtisaslarına yiyələnib. 20172019-cu illərdə həqiqi hərbi xidmətdə olub. Subay idi.

21 oktyabr 2020-ci ildə Quba rayonunun Qımıl kəndində dəfn olunub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FƏXRİ MƏMMƏDOV

Стандартный

Fəxri Habil oğlu Məmmədov (27 iyul 2000Bakı – 27 sentyabr 2020NüzgarCəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Fəxri Məmmədov 2000-ci il iyulun 27-də Bakı şəhərində anadan olub. Əslən Lacın rayonunun Şamkənd kəndindəndir. İlk təhsilini 2007-ci ildə Bakı şəhəri Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə almışdır. 2016-cı ildə qəbul olduğu təhsil müəsisəsində kompyuter mühəndisliyi ixtisası üzrə təhsil almışdır. Fəxri Məmmədov musiqi ilə məşğul olmuş, gitara da ifa etməyi bacarırdı.

Azərbaycan Ordusunun əsgəri olan Fəxri Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir . Fəxri Məmmədov sentyabr 27-də Cəbrayıl rayonun Nüzgar kəndi uğrunda gedən döyüşlər zamanı həlak olub.