VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ON SƏKKİZ YAŞLI ƏLİAĞA MƏMMƏDOV

Стандартный

 

Əliağa Məmmədov (tam adı: Əliağa Eldəniz oğlu Məmmədov; 26 iyul 2001BakıAzərbaycan — 6 oktyabr 2020TərtərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Əliağa Məmmədov 2001-ci il iyulun 26-da Sabunçu rayonunda anadan olub. 2008-2013-cü illərdə Sabunçu rayonunun 80 nömrəli tam orta məкtəbdə, 2013-2017-ci illərdə isə Sabunçu rayonunun 322 nömrəli tam orta məкtəbində təhsil alıb. 2017-2018-ci illərdə 5 nömrəli Peşə Liseyində «İşıq operatoru» ixtisası üzrə təhsil alıb. 6 il cüdo idman növü ilə məşğul olub. Subay idi.

Əliağa Məmmədov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı.

Azərbaycan Ordusunun əsgəri olan Əliağa Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə iştirak edib. Əliağa Məmmədov oktyabrın 6-da Ağdərə döyüşləri zamanı həlak olub. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn edilib.

Обсуждение закрыто.