VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAPİTAN FƏRİD DURSUNOV

Стандартный

Fərid Fazil oğlu Dursunov (26 iyul 1986Qax rayonuAzərbaycan — 28 sentyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.

Fərid Dursunov 1986-cı il iyulun 26-da Qax rayonunun Qorağan кəndində Fazil və Mirvari Dursunovların ailəsində anadan olub.  Fərid Dursunov 1992-ci ildə Qax rayonunda Səfa Rəhimov adına Qorağan кənd tam orta məкtəbinin birinci sinfinə qəbul olub və 2003-cü ildə oranı bitirib. Orta təhsilini başa vurandan sonra sənədlərini Azərbaycan Ali Hərbi Məktəbi (AAHM) verən Fərid Dursunov, 2008-ci ildə oranı bitirir və xarici dövlətə qısa müddətli təlimlətə göndərilir.

Məryəm Dursunova ilə ailəli idi. Ömər və İsa adında oğulları yadigar qaldı.

Azərbaycan Ordusunun kapitanı olan Fərid Dursunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Fərid Dursunov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı həlak olub. Qax rayon Qorağan kəndində dəfn edilib.

Обсуждение закрыто.