Əliağa Məmmədov (tam adı: Əliağa Eldəniz oğlu Məmmədov; 26 iyul 2001; Bakı, Azərbaycan — 6 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Əliağa Məmmədov 2001-ci il iyulun 26-da Sabunçu rayonunda anadan olub. 2008-2013-cü illərdə Sabunçu rayonunun 80 nömrəli tam orta məкtəbdə, 2013-2017-ci illərdə isə Sabunçu rayonunun 322 nömrəli tam orta məкtəbində təhsil alıb. 2017-2018-ci illərdə 5 nömrəli Peşə Liseyində «İşıq operatoru» ixtisası üzrə təhsil alıb. 6 il cüdo idman növü ilə məşğul olub. Subay idi.
Əliağa Məmmədov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı.
Azərbaycan Ordusunun əsgəri olan Əliağa Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə iştirak edib. Əliağa Məmmədov oktyabrın 6-da Ağdərə döyüşləri zamanı həlak olub. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn edilib.
Для отправки комментария необходимо войти на сайт.