Nihad Mövlüd oğlu Abbasov (25 iyul 2000; İlisu, Qax, Azərbaycan — 9 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri.
Nihad Abbasov 2000-ci il iyulun 25-də Qax rayonunun İlisu kəndində anadan olub. 2007-2018-ci Nizami Gəncəvi adına İlisu kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Nihad Abbasov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşlərindən sonra öz istəyi ilə Qax Hərbi Komissarlığına müraciət edib və Mingəçevir şəhərində yerləşən «N» saylı hərbi hissədə «baş əsgər» hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
Nihad Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nihad Abbasov oktyabrın 9-də Ağdərə istiqamətində həlak olub. Qax rayonunun İlisu kəndində dəfn edilib.
Для отправки комментария необходимо войти на сайт.