Daily Archives: 25.07.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RAMİZ AĞAYEV

Стандартный

Ramiz İmamverdi oğlu Ağayev (25 iyul 1993BiləcəriBinəqədi rayonuAzərbaycan — 7 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu.

Ramiz Ağayev 1993-cü il iyulun 25-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində anadan olub. Subay idi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Ramiz Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ramiz Ağayev noyabrın 7-də Şuşa döyüşləri zamanı həlak olub. II Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NİHAD ABBASOV

Стандартный

Nihad Mövlüd oğlu Abbasov (25 iyul 2000İlisuQaxAzərbaycan — 9 oktyabr 2020AğdərəAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri.

Nihad Abbasov 2000-ci il iyulun 25-də Qax rayonunun İlisu kəndində anadan olub. 2007-2018-ci Nizami Gəncəvi adına İlisu kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Nihad Abbasov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşlərindən sonra öz istəyi ilə Qax Hərbi Komissarlığına müraciət edib və Mingəçevir şəhərində yerləşən «N» saylı hərbi hissədə «baş əsgər» hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.

 Nihad Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nihad Abbasov oktyabrın 9-də Ağdərə istiqamətində həlak olub. Qax rayonunun İlisu kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAYOR ELNUR QULİYEV

Стандартный

Elnur Eldar oğlu Quliyev (25 iyul 1984Füzuli rayonuAzərbaycan SSR — 2 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru.

Elnur Quliyev 1984-cü il iyulun 25-də Füzuli rayonunda anadan olub.   1991-2001-ci illərdə Qəhrəmanlı qəsəbə tam orta məktəbində təhsil alıb. 2002-2006-cı illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) «Artilleriya» ixtisası üzrə ali təhsil alıb. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.

Elnur Quliyev 2006-cı ilin iyulundan 2007-ci ilin iyununa qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində (TTM) «Yerüstü Artilleriya Tağım Komandiri» Kurslarında olub.

Elnur Quliyev 2007-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən «N» saylı hərbi hissəsində «leytenant» hərbi rütbəsində xidmət edib. 2013-2015-ci illərdə Gədəbəy rayonunda yerləşən «N» saylı hərbi hissədə Bölüyün Komandiri, 2015-2019-cu illərdə isə Ağstafa rayonunda yerləşən «N» saylı hərbi hissədə Maddi-Texniki Təminat (MTT) Bölüyü Komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifələrində xidmət edib.

Daha sonra o, Beyləqan rayonunda yerləşən hərbi hissələrdə xidmət edib. Elnur Quliyev həmin hərbi hissələrdə «mayor» hərbi rütbəsində Divizyon Komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edib. Son olaraq Beyləqan rayonunda yerləşən «N» saylı Əlahiddə Kəşfiyyat Taborunda Tabor Komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edib.

Azərbaycan Ordusunun mayoru olan Elnur Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı təxliyə rəisi vəzifəsinə təyin olunub. Amma vəzifəsinin cəbhədən geridə təxliyə prosesinin idarə edilməsi olmasına baxmayaraq Elnur Quliyev, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə  iştirak edib. Elnur Quliyev Füzuli rayonu ərazisində olan «İlanlı» dağına Azərbaycan bayrağını sancan birinci hərbçi olub. Elnur Quliyev oktyabrın 2-də Füzuli döyüşləri zamanı mühasirəyə düşən şəxsi heyətini xilas edərkən tabor Komandiri və 4 nəfər döyüş yoldaşı ilə birgə döyüşə daxil olub. Ermənistan Ordusunun səngərinə daxil olaraq onların xeyli sayda canlı qüvvəsinin məhv edilməsində, həmçinin şəxsi heyətin xilas edilməsində və Ermənistan Ordusunun irəliləməsinin qarşısının alınmasında fərqlənib. Döyüşlər zamanı Elnur Quliyev və Tabor Komandiri Orxan Əkbərov, həmçinin digər 4 döyüş yoldaşı həlak olub. Elnur Quliyev Füzuli rayonunda dəfn edilib..

vikipediya