Daily Archives: 24.07.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ABDULLA PAŞAYEV

Стандартный

Abdulla Sultan oğlu Paşayev (24 iyul 1998GəncəAzərbaycan — 27 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Abdulla Paşayev 1998-ci il iyulun 24-də Gəncə şəhərində anadan olub.  2004-2015-ci illərdə Gəncə şəhərində 42 nömrəli tam orta məktəbdə təhsil alıb. 2017-2019-cu illərdə isə Gəncə Dövlət Universitetinin (GDU) nəzdində Regional Kollecində təhsil alıb. Subay idi.

Abdulla Paşayev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Abdulla Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Abdulla Paşayev sentyabrın 27-də Füzuli döyüşləri zamanı həlak olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.