VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELDAR ABDULLAYEV

Стандартный

 

Eldar Firuddin oğlu Abdullayev (23 iyul 1982SumqayıtAzərbaycan SSR — 18 oktyabr 2020Zəngilan rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri.

Eldar Abdullayev 1982-ci il iyulun 23-də Sumqayıt şəhərində anadan olub. Ailəli idi. Aysu və Asya adında, həmçinin 2021-ci il fevralın 2-də dünyaya gələn Ahu adında üç qızı yadigar qaldı.

Azərbaycan Ordusunun  baş giziri olan hərbi tibb qulluqçusu Eldar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri  tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Hadrut və Zəngilan uğrunda   gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Eldar Abdullayev oktyabrın 18-də Zəngilan döyüşləri zamanı həlak olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

About Xeyrulla Xəyal

Xeyrulla Xəyal (Süleymanov Xeyrulla Cahangir oğlu) 18 noyabr 1953-cü ildə Azərbaycanda, Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. 1972-ci ildə Əlibayramlı pedaqoji məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Universitetini, 1984-cü ildə M. Qorki adına Ədəbiyyat institututunun aspiranturasını bitirmişdir. 1985-ci ildən Samarada yaşayır.

Обсуждение закрыто.