Daily Archives: 22.07.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ON SƏKKİZ YAŞLI NURLAN AĞAKİŞİYEV

Стандартный

Nurlan Ağakişiyev (tam adı: Nurlan Etibar oğlu Ağakişiyev; 22 iyul 2002SumqayıtAzərbaycan – 28 sentyabr 2020Ağdam rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Nurlan Ağakişiyev 2002-ci il iyulun 22-də Sumqayıt şəhərində Qarabağ müharibəsinin qazisi Etibar Ağakişiyevin ailəsində anadan olub.  2008-2017-ci illərdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2017-2019-cu illərdə isə İdarəetmə və Texnologiya Kollecində təhsil alıb. Subay idi.

Nurlan Ağakişiyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Nurlan Ağakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam rayonu istiqamətində sentyabrın 28-də həlak olub. II Fəxri Xiyabanda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAPİTAN NURLAN MUSTAFAYEV

Стандартный

Nurlan Hamlet oğlu Mustafayev (22 iyul 1990Azərbaycan — 12 oktyabr 2020XocavəndAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.

Nurlan Mustafayev 1990-cı il iyulun 22-də Hamlet və Rahilə Mustafayevlərin ailəsində anadan olub.[1] 1997-2005-ci illərdə Nəsimi rayonunun P. Saleh adına 159 nömrəli tam orta məкtəbində, 2005-2008-ci illərdə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. 2008-2012-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM), 2010-2013-cü illərdə isə Almaniyada Hərbi Liseydə «Motoatıcı» ixtisası üzrə ali hərbi təhsil alıb. Ailəli idi. Bir oğul övladı var.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Nurlan Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı MurovdağınFüzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nurlan Mustafayev oktyabrın 12-də Hadrut döyüşləri zamanı həlak olub. II Fəxri Xiyabanda dəfn edilib.