Daily Archives: 20.07.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: LEYTENANT VƏLİ QULİYEV

Стандартный

Vəli Kamal oğlu Quliyev və ya rəsmi sənədlərə əsasən Vəli Vəli oğlu Quliyev (20 iyul 1997QazançıCulfa rayonuAzərbaycan — 22 oktyabr 2020Qubadlı rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Vəli Quliyev 1997-ci il iyulun 20-də Culfa rayonunun Qazançı kəndində anadan olub.[1] 2003-2009-cu illərdə A. Tağıyev adına 17 nömrəli tam orta məktəbdə, 2009-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi.

Vəli Quliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqaan rayonunda yerləşən «N» saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Vəli Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulininZəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vəli Quliyev oktyabrın 22-də Qubadlı döyüşləri zamanı həlak olub. Culfa rayonunda dəfn  edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TAHİR ƏLİYEV

Стандартный

Tahir Mahir oğlu Əliyev (20 iyul 2001Sabunçu rayonuAzərbaycanAzərbaycan — 13 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Tahir Əliyev 2001-ci il iyulun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub.[1] 2009-2019-cu illərdə Sabunçu rayonunun Maştağa qəsəbəsində Əliağa Vahid adına 293 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.

Tahir Əliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Tahir Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tahir Əliyev oktyabrın 13-də Füzuli döyüşləri zamanı həlak olub. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CAVİD YÜZBAŞIYEV

Стандартный

Cavid Cavanşir oğlu Yüzbaşiyev (20 iyul 1995HənifəBalakən rayonu – 16 oktyabr 2020SuqovuşanTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Cavid Yüzbaşiyev 20 iyul 1995-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub.

2002-2013-cü illərdə M.P.Vaqif adına 1 saylı Tülü kənd tam orta məktəbində təhsil alıb.

Cavid Yüzbaşiyev 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Cavid Yüzbaşiyev 2016-ci ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Yüzbaşiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Cavid Yüzbaşiyev oktyabrın 16-də Suqovuşan döyüşləri zamanı həlak olub. Balakən rayonunun Hənifə kəndində torpağa tapşırılıb.