Daily Archives: 18.07.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAYOR FƏRİD ƏLƏKBƏROV

Стандартный

Fərid Tahir oğlu Ələkbərov (18 iyul 1980BakıAzərbaycan SSR — 9 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru.

Fərid Ələkbərov 1980-ci il iyulun 18-də Bakı şəhərində anadan olub.

Azərbaycan Ordusunun mayoru olan Fərid Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fərid Ələkbərov noyabrın 9-da Şuşa döyüşləri zamanı həlak olub. II Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TƏBRİZ ƏSGƏROV

Стандартный

Təbriz Çapay oğlu Əsgərov (18 iyul 1997XokNaxçıvan Muxtar Respublikası – 8 noyabr 2020Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Təbriz Əsgərov 18 iyul 1997-ci ildə Kəngərli rayonunun Xok kəndində dünyaya göz açmışdır.[1] Orta təhsilini aldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Təbriz Əsgərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. HadrutunQubadlınınZəngilanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi uğrunda gedən döyüşlərdə fərqlənmişdir. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. 13 noyabr tarixində Naxçıvanda torpağa tapşırılmışdır.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FAZİL MƏMMƏDLİ

Стандартный

Fazil Razim oğlu Məmmədli (18 iyul 1998Vurğun qəsəbəsiAğstafa rayonu – 12 oktyabr2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Fazil Məmmədli 1998-ci il iyulun 18-də Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. 2004–2015-ci illərdə H. Əzizov adına Vurğun qəsəbə tam orta məktəbində təhsil alıb․ Subay idi․

Fazil Məmmədli 2016–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ilin aprel ayından Azərbaycan Silahlı Qüvvələrinin Qazax şəhərində yerləşən “N” saylı hərbi hissəsində Manqa komandiri kimi xidmət edirdi․ 2020-ci ildən snayperçi olaraq xüsusi qrupa daxil olmuşdu․

Azərbaycan Ordusunun əsgəri olan Fazil Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Fazil Məmmədli oktyabrın 12-də Füzuli döyüşləri zamanı həlak olub. Ağstafa rayonunda dəfn edilib.