Daily Archives: 17.07.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İSMƏT NAMAZOV

Стандартный

İsmət Nüsrət oğlu Namazov (17 iyul 1996; MahmudluŞəmkir rayonu — 27 oktyabr 2020; Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

İsmət Namazov 1996-cı il iyulun 17-də Şəmkir rayonunun Mahmudlu kəndində anadan olub. 2002–2013-cü illərdə Y. Əsgərov adına Mahmudlu kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. İnci və Tunar adında iki övladı yadigar qaldı.

İsmət Namazov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İsmət Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. İsmət Namazov oktyabrın 27-də Füzuli döyüşləri zamanı həlak olub. Şəmkir rayonunun Mahmudlu kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏAK OLANLAR: CABAR ƏKPƏROV

Стандартный

Cabar Əşrəf oğlu Əkpərov (17 iyul 2002Xaçmaz rayonuAzərbaycan — 7 oktyabr 2020AğdərəAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Cabar Əkpərov 2002-ci il iyulun 17-də Xaçmaz rayonunun Müşviq kəndində anadan olub.  2007-2018-ci illərdə T. Bayramov adına Müşviq kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Cabar Əkpərov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Cabar Əkpərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Cabar Əkpərov oktyabrın 7-dəAğdərə istiqamətində həlak olub. Xaçmaz rayonunun Müşviq kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ASLAN MİRZƏYEV

Стандартный

Aslan Mirzəyev 2000-ci il iyulun 17-də Kəngərli rayonunun Xok kəndində anadan olub. 2006–2017-ci illərdə Xok kənd tam orta məktəbində təhsil alıb,orta təhsilli idi,ailədə üç övlad idilər (Şəhla,Aslan və Osman).

Aslan Mirzəyev 2017–2019-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2019-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

27 sentyabrda başlayacaq və 44 gün davam edəcək olan Qarabağ müharibəsində XTQ’nin sıralarında Qarabağa yollanmaq üçün könüllü olur. 10 oktyabrda Xüsusi Təyinatlı Qüvvələrin sıralarında Qarabağa yollanır.Həmin döyüşlərdə iki dəfə yaralanmasına baxmayaraq,döyüş yoldaşlarını tək buraxmayıb və düşmənə ağır zərbələr endirərək yenə də döyüşə davam edib,noyabrın 8-də düşmənin atdığı minamiyot nəticəsində qəlpə yarası alaraq gözlərini əbədi yumub.13 noyabrda doğulduğu Xok kəndində son mənzilə yola salınıb.