İmam Səfər oğlu Əliyev (16 iyul 1998; İtitala, Balakən rayonu — 7 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
İmam Əliyev 1998-ci il iyulun 16-da Balakən rayonunun İtitala kəndində anadan olub.
2004-2015-ci illərdə A.Balayev adına İtitala kənd tam orta məktəbində təhsil alıb.
Subay idi.
İmam Əliyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İmam Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
İmam Əliyev oktyabrın 7-də Talış kəndi istiqamətində gedən döyüşlər zamanı həlak olub. Balakən rayonunun İtitala kəndində torpağa tapşırılıb.
Для отправки комментария необходимо войти на сайт.