VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: HARUN ALQAYEV

Стандартный

Harun Məhəmməd oğlu Alqayev (14 iyul 1992Balakən rayonuAzərbaycan — 15 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Harun Alqayev 1992-ci il iyulun 14-də Balakən rayonunun Gərəkli kəndində anadan olub.  1998-2006-cı illərdə Balakən şəhərində İ. Nəsimi adına 2 nömrəli tam orta məktəbdə, 2007-2010-cu illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Harun Alqayev 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində xidmət edirdi. 2015-2016-cı illərdə Taqım Komandirinin müavini, 2016-cı ildən isə Taqım Komandiri vəzifəsində xidmət edib.

Azərbaycan Ordusunun baş leytenantı olan Harun Alqayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Harun Alqayev oktyabrın 15-də Füzuli döyüşləri zamanı həlak olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Обсуждение закрыто.