Bəşir Xəqani oğlu Həsənov (13 iyul 1995; Təzəkənd, Şəmkir rayonu — 25 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Bəşir Həsənov 1995-ci il iyulun 13-də Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub.[1] 2001–2012-ci illərdə S. Vurğun adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Bəşir Həsənov 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Bəşir Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Hadrut və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Bəşir Həsənov oktyabrın 25-də Füzuli döyüşləri zamanı həlak olub. Şəmkir rayonunun Təzəkənd kəndində dəfn edilib.
Для отправки комментария необходимо войти на сайт.