Elnur Kamil oğlu Allahverdiyev (12 iyul 2001; Çaylı, Biləsuvar rayonu, Azərbaycan — 11 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Elnur Allahverdiyev 12 iyul 2001-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Çaylı kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ilin 4 oktyabr tarixdən Beyləqanda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət etmiş, sonra Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə xidmətinə davam etmişdir.
Elnur Allahverdiyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən Müharibəsində iştirak etmiş, Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Elnur Allahverdiyev 11 noyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Çaylı kənd məzarıstanlığında dəfn olunmuşdur.
Для отправки комментария необходимо войти на сайт.