Daily Archives: 11.07.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏKBƏR HÜSEYNOV

Стандартный

Əkbər Hüseynov (tam adı: Əkbər Bahadur oğlu Hüseynov 11 iyul 2001BakıAzərbaycan — 29 sentyabr 2020Talış kəndiAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

2019-cu ildə həqiqi hərbi xidmətə çağrılıb. İlk Goranboy rayonunda daha sonra Mingəçevirdə hərbi hissədə xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Əkbər Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində gedən döyüşlərdə iştirak edib. Əkbər Hüseynov sentyabr 29-da Talış kəndi istiqamətində gedən döyüşlər zamanı həlak olub. Sabunçu rayonu Şəhidlər xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FUAD ŞABANOV

Стандартный

Fuad Rasim oğlu Şabanov (11 iyul 1997QaravəliBalakən rayonu — 25 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Fuad Şabanov 1997-ci il iyulun 11-də Balakən rayonunun Qaravəli kəndində anadan olub.

2003-2014-cü illərdə Ə.Şirinov adına Qaravəli kənd tam orta məktəbində təhsil alıb.

Subay idi.

Fuad Şabanov 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Fuad Şabanov 2016-ci ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fuad Şabanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.

Fuad Şabanov oktyabrın 25-də Füzuli döyüşləri zamanı həlak olub. Balakən rayonunun Püştətala kəndində torpağa tapşırılıb.