Kənan Fehruz oğlu Yusibov (10 iyul 1999; Goranboy rayonu, Azərbaycan — 10 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.
Kənan Yusibov 1999-cu il iyulun 10-da Goranboy rayonunun Səfikürd kəndində anadan olub.
Kənan Fehruz oğlu Yusibov (10 iyul 1999; Goranboy rayonu, Azərbaycan — 10 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.
Kənan Yusibov 1999-cu il iyulun 10-da Goranboy rayonunun Səfikürd kəndində anadan olub.
Mehdi Muxtar oğlu Murtuzov (10 iyul 1997, Alpan, Quba rayonu – 2 oktyabr 2020, Murovdağ, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Murtuzov Mehdi Muxtar oğlu 1997-ci il iyul ayının 10-da Quba rayonun Alpan kəndində anadan olmuşdur. Murtuzovlar ailəsində 3 uşaq olublar- 2 qardaş və 1 bacı. 2003-cü ildə Alpan kənd Elşad Bayramov adına tam orta məktəbinin 1-ci sinifinə qəbul edilmişdir. 2012-ci ildə Quba rayon 103 saylı Peşə Liseyinin Rabitəçi-Elektrik ixtisasına qəbul olunmuş, 2015-ci ildə təhsilini müvəffəqiyyətlə bitirmişdir.
Əsgərlik dövründə uşaqlıq arzusu olan hərb sənətinə yaranmış marağı onu yenidən Ordu sıralarına qaytarır. Mehdi 2020-ci ilin yanvar ayında yenidən xidmət etmək istəyi ilə əlaqədar Orduya müraciət edir və iki aylıq təlimdən sonra onu MAXE (müddətdən artıq xidmət edən) kimi Daşkəsən rayonundakı N saylı hərbi hissəyə xidmətə göndərirlər. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan zaman Mehdi də yüzlərlə Azərbaycan əsgəri kimi döyüşlərə yollanır. Döyüşlərin başladığı ilk günlərdə çətin döyüş tapşırıqlarının öhdəsindən gələn Mehdi 29 sentyabrda qolundan yaralanır. Yaralanmasına baxmayaraq öz təkidi ilə onu yenidən döyüşlərə cəlb edirlər. Oktyabr ayının 1-də atası ilə danışan Mehdi yarasının çox ciddi olmadığını bildirmiş və tezliklə zəfərin bizim olacağını demişdir.
Samir Azər oğlu Abbasov (10 iyul 1997; Xol Qaraqaşlı, Neftçala rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Samir Abbasov 10 iyul 1995-ci ildə Neftçala rayonunun Xol Qaraqaşlı kəndində anadan olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Samir Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Samir Abbasov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Для отправки комментария необходимо войти на сайт.