Daily Archives: 09.07.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RƏVAN QƏFƏROV

Стандартный

Rəvan Elxan oğlu Qəfərov (10 iyul 1991Ağstafa rayonuAzərbaycan SSR — 29 oktyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri.

Rəvan Qəfərov 1991-ci il iyulun 10-da Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub.

Azərbaycan Ordusunun baş giziri olan Rəvan Qəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəvan Qəfərov oktyabrın 29-da Füzuli döyüşləri zamanı həlak olub. Ağstafa rayonunun Dağ Kəsəmən kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VÜSAL RAMAZANOV

Стандартный

Vüsal Vahid oğlu Ramazanov (10 iyul 1994Yuxarı ÇardaxlarZaqatala rayonu — 30 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Vüsal Ramazanov 1994-cü il iyulun 10-da Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində anadan olub. 2000-2011-ci illərdə Yuxarı Çardaxlar kənd tam orta məktəbində təhsil alıb. Nişanlı idi.

Vüsal Ramazanov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vüsal Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Vüsal Ramazanov ilə oktyabrın 27-dən sonra əlaqə saxlamaq mümkün olmayıb. Yanvarın 8-də Vüsal Ramazanovun oktyabrın 30-da Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən döyüşlərdə həlak olduğu məlum olub. Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində torpağa tapşırılıb.