Daily Archives: 08.07.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SAMİQ FƏRZƏLİYEV

Стандартный

Samiq Misir oğlu Fərzalıyev (8 iyul 1992GüvəndikTovuz rayonu — 7 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Samiq Fərzalıyev 1992-ci il iyulun 8-də Tovuz rayonunun Güvəndik kəndində anadan olub.[1] 1998-2008-ci illərdə Güvəndik və Papaqçılar kənd tam orta məktəblərində, 2008-2012-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. Ailəli idi.

Samiq Fərzalıyev 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2013-2014-cü illərdə Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib.

Samiq Fərzalıyev 2016-cı ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə könüllü müraciət edib və ordu sıralarında xidmət göstərmək arzusunu bildirib. O, Müdafiə Nazirliyi tərəfindən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə kursa göndərilib və “leytenant” hərbi rütbəsi alaraq “N” saylı hərbi hissədə xidmətə başlayıb.

Samiq Fərzalıyev 2020-ci ilin iyul ayında “baş leytenant” hərbi rütbəsi alıb.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Samiq Fərzalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Samiq Fərzalıyev oktyabrın 7-də Füzuli döyüşləri zamanı iki əsgərinin nəşini döyüş bölgəsindən çıxarmaq istəyərkən snayper gülləsinə tuş gələrək həlak olub. Tovuz rayonunun Güvəndik kəndində dəfn edilib.