Samir Elçin oğlu Allahverdiyev (7 iyun 2001; Lənkəran şəhəri, Azərbaycan — 22 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Samir Allahverdiyev 2001-ci il iyunun 7-də Lənkəran şəhərində anadan olub. 2007-2018-ci illərdə R.Məmmədov adına 5 saylı Lənkəran şəhər tam orta məktəbində təhsil alıb. Subay idi.
Samir Allahverdiyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Samir Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Samir Allahverdiyev oktyabrın 22-də Qubadlı döyüşləri zamanı həlak olub. Lənkəran şəhərində torpağa tapşırılıb.
Для отправки комментария необходимо войти на сайт.