VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TURQUT XƏLİLBƏYLİ

Стандартный

Turqut Nadir oğlu Xəlilbəyli (4 iyul 1993ŞərurAzərbaycan — 7 oktyabr 2020Cəbrayıl rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti leytenantı.

Turqut Xəlilbəyli 1993-cü il iyulun 4-də Şərur şəhərində anadan olub.[1] 2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. Subay idi.

Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Turqut Xəlilbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Turqut Xəlilbəyli oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı həlak olub. II Şəhidlər Xiyabanında dəfn edilib.

About Xeyrulla Xəyal

Xeyrulla Xəyal (Süleymanov Xeyrulla Cahangir oğlu) 18 noyabr 1953-cü ildə Azərbaycanda, Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. 1972-ci ildə Əlibayramlı pedaqoji məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Universitetini, 1984-cü ildə M. Qorki adına Ədəbiyyat institututunun aspiranturasını bitirmişdir. 1985-ci ildən Samarada yaşayır.

Обсуждение закрыто.