
İqbal Əhmədağa oğlu Bayramov (4 iyul 1977; Hirkan, Lənkəran, Azərbaycan SSR — 5 oktyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru.
İqbal Bayramov 1977-ci il iyulun 4-də Lənkəran şəhərinin Hirkan qəsəbəsində anadan olub.[1] 1984-1994-cü illərdə Hirkan qəsəbəsində A. Quliyev adına tam orta məktəbdə təhsil alıb. 1994-1998-ci illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) «Energetika» ixtisası üzrə ali təhsil alıb. Kafedra hərbi olduğu üçün 1998-ci ildə «leytenant» hərbi rütbəsi alıb.
İqbal Bayramov 1998-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən «N» saylı hərbi hissəsində xidmət edib. 2004-2005-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən «N» saylı hərbi hissəsində «baş leytenant» hərbi rütbəsində Tağım Komandiri olaraq xidmət edib. 2005-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qala qəsəbəsində yerləşən TTM-də təlim alıb. 2005-2008-ci illərdə bir sıra xarici dövlətlərdə də təlimlərə qatılıb.
2008-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən «N» saylı hərbi hissəsinə xidmətini davam edib. 2011-ci ildə «mayor» hərbi rütbəsi alıb və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən «N» saylı hərbi hissəsində Qərargah rəisinin xidmət üzrə müavini vəzifəsində xidmət edib. Daha sonra isə 7 il ərzində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonunda və Şirvan şəhərində yerləşən «N» saylı hərbi hissəsində xidmət edib.
2018-ci il yanvarın 5-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarından ehtiyata buraxılması barədə müraciət edən İqbal Bayramov, yanvarın 14-də «mayor» hərbi rütbəsi ilə ehtiyyat buraxıldı.
Azərbaycan Ordusunun mayoru olan İqbal Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İqbal Bayramov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı həlak olub. Lənkəran şəhərində dəfn edilib.
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.