VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VÜSAL HƏSƏNOV

Стандартный

Vüsal Ariz oğlu Həsənov (3 iyul 1997BakıAzərbaycan — 7 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Vüsal Həsənov 3 iyul 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. 4-cü sinifdə təhsil alarkən atasını itirən Vüsal anasının himayəsində böyümüşdür. Səbail rayonu Badamdar qəsəbəsində 239 nömrəli tam orta məktəbdə orta təhsilini almışdır. 2015-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinə qəbul olmuşdur. 2016-cı ilə qədər burada təhsil almışdır.

Liseydə təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə yollanan Vüsal Həsənov 2018-ci ilin oktyabr ayında hərbi xidmətini başa vurmuşdur.

2020-ci ilin iyulsentyabr aylarında səfərbər olunan Vüsal Həsənov 21 sentyabr tarixində təlim toplantılarına çağırılmışdır. 28 sentyabra qədər Perekeşküldə yerləşən «N» saylı hərbi hissədə hərbi təlim toplantısını başa vurduqdan sonra müharibəyə göndərilmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Vüsal Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüsal Həsənov 7 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Обсуждение закрыто.