Nurlan Madər oğlu Hüseynov (3 iyul 1992; İmişli, Azərbaycan — 14 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.
Nurlan Hüseynov 1992-ci il iyulun 3-də İmişli rayonunun Göbəktala kəndində anadan olmuşdur.
2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrin də xidmət etməyə başlamışdır.
2018-ci ildə Türkiyənin İzmir şəhərin də keçirilən ən yaxşı snayper yarışında 24 dövlət arasında birinci yeri tutmuşdur.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Nurlan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən Müharibəsi zamanı Murovdağının, Cəbrayılın, Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Nurlan Hüseynov oktyabr 14-də Hadrut döyüşləri zamanı qəhrəmancasına həlak olmuşdur.
Для отправки комментария необходимо войти на сайт.