VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏKBƏR MUSTAFAYEV

Стандартный

Əkbər Natiq oğlu Mustafayev (2 iyul 2000Bərdə rayonuAzərbaycan — 10 oktyabr 2020Cəbrayıl rayonuAzərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri.

Əkbər Mustafayev 2000-ci il iyulun 2-də Bərdə rayonunun Mirzəxan Qaraqoyunlu kəndində anadan olub. Subay idi.

Əkbər Mustafayev 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə «gizir» hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əkbər Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əkbər Mustafayev oktyabrın 10-da Cəbrayıl döyüşləri zamanı həlak olub. Bərdə rayonunda dəfn edilib.

Обсуждение закрыто.